"ƏLİF" VƏ "B" VƏHDƏTİ
“Elm bir nöqtədir, cahillər onu çoxaltmışlar.” (Hz.Rasuli Əkrəm s.a.a.v)
Bu nöqtəni dərk etmək lazımdır. Bunun üçün hərflərin və ədədlərin elmini bilmək lazımdır. Hz. Ali əleyhissəlm bu barədə buyurmuşdur:
“Hər kitabın bir özü vardır; bu kitabın özü də hecalanan hərflərdir...”
Bu nöqteyi nəzərdən, “Əlif” və “Ba” vəhdəti bütün ilahi sirlərin açarı sayılır. Görünür ki, bu iki hərf Allahın (c.c.) sirlər xəzinəsində xüsusi fəzilətə malikdir.
Selman : KRİPTEKS : Şərhlər(0) : Noyabr 27, 2008 0:50
BATİN

Gizli; - Görülməyən;
- “Zâhir” olanın ta özü;
- “Qəlb”in-“Şüur”un-“Könül”ün dərinliyi;
- “B” sirriylə “OXU”yanın müşahidə etdiyi sirlər;
- İnsanın “ÖZ”ü olan Rəbbi;
- “Ruh”;
- "Hû"("O")
Selman : KRİPTEKS : Şərhlər(1) : Sentyabr 14, 2008 12:59
ZAHİR VƏ BATİN
Zahir aləmi vardır, Batin aləmi vardır, Lədün aləmi vardır...və bu aləmlərə aid zahir elmi vardır, batin elmi vardır və lədün elmi vardır. “Batin”i, bir məkan olarak düşünmək, son dərəcə yanlışdır! “Batin”, məkan olaraq, “zahir”in xaricində və ya ardında; ya da bir başqa boyutda deyildir! Əsasən, “Batin”, tamamiylə “Zahir” olanın ta özüdür!. Əsasən, “Zahir”, tamamiylə “Batin” olanın ta özüdür!. “Batin”, algılaya bildiyin anda, “Zahir” olur. “Zahir”, algılaya bilmədiyin anda “Batin”dır!. Qavradığın, “zahir”dir, qavraya bilmədiyin isə “batin”! Qarşındakının və ya yönəldiyinin həqiqətini seyr edə bilirsənsə, “batin” artıq “zahir”dir sənə! Bil ki, bu iki isimlə işarət edilən şey bir-birindən ayrı deyildir, ikisi, eynı, tək şeydir! Fərq, baxana görədir. Hər ikisində hər an təcəllilər zühur etməkdədir. Batini bilməyən, zahirin də cahilidir! 
Selman : KRİPTEKS : Şərhlər(0) : Avqust 18, 2008 23:30



