EŞQ

![]()
![]()
İnsanlarda eşqin ən çox yayılmış forması məcazi və maddi anlamda iki insanın arasındakı sevgi olmuşdur. Fəqət bu eşq mütləq bir eşq deyildir. Bu nöqteyi nəzərdən yola çıxaraq bəzi insanlar mütləq eşqi, ölməz eşqi axtarmağa başladılar. Yəni hər zaman yeniliyini qoruyan, istiliyi və gözəlliyi tükənməyən enerji, ilham və ümüd qaynağı olan eşqi.
Eşq varlığın cövhəridir. Eşq, könül vermək deməkdir (fertolhobb).
Hər eşq yolculuğunun son durağı, aşiq üçün sevdiyinə qovuşmaqdır (inna lillah və inna ileyhə raciun).
Fani dünyadaki eşqlər insanda olan beş duyğunun vasitəsiylə yaranmışdır. Amma ariflər, yolçular, maddənin o bir tərəfində bir şey axtaranlar, fani olmayan, əksilməyən bir irtibat ardında olanlar bir əsrarəngiz aləmə varmışlar. Bu aləmə vardıqdan sonra gerçək eşq nədir, məşuq nədir suallarının cavablarını tapmışlar. Bir şeyi deyil hər şeyi sevməyə başlamışlar, eşqi bir yerdə deyil bütün zaman və məkanlarda tapmışlar. Təbii, insan da bu sevgiyə daxil olmuş, öz zatları və ruhları da o aləmdə seyr ettiyi üçün özlərinə də aşiq olmuşlar (ənəl hak).
Həllaci Mənsura sordular “eşq nədir?”
“Bu gün görərsən, yarın görərsən, o biri gün görərsən” dedi.
O gün öldürdülər, o biri gün yandırdılar və üçüncü gün rüzgara sovurdular.
(Övliyalar haqqında - Nişaburlu Attar)
Eşq imanın cövhəridir. Hansı cərəyana bağlı olunursa olunsun eşq yoxsa cəsarət də yoxdur. Cəsarət olmazsa hərəkət də yoxdur, hərəkət olmazsa insan nəyə bənzər ki? Daş olur, daş!
“Eşqdən adəm yarandı bigüman, eşq ilə adəmdə oldu hak nihan
Və eşq özü üç hərfli əsrarmış sığmayan bir hərfə, min ənvar imiş."
101 Nəfəs
Eşqi yaşadıqca, onda yavaş-yavaş qərq olma olayı məşuqun sirlərının çox olmasından qaynaqlanır. Mənəvi aşiqlər isə uzun yolun yolçularıdır. Bu yol çox uzun və sonu görünməzdir. Səbəbi məşuqun böyüklüyündən və sirlərındən irəli gəlir. Bu yolda eşqin işarətləri və quralları vardır, məntiqi vardır. Eşqin quralları maddi dünya qurallarından fərqlidir. Belə ki, heç gözləmədiyin bir anda məşuq aşiqi, özündə əritmək və “O” olmaq üçün çağıra bilər. Çünki o da aşiqinə aşiqdir. Fani dünyada əbədi olması mümkün olmayan eşq irtibatı, bu mənəvi dünyada əbədidir.
“Hər bir elm məktəbdə örgənilir bir başqa işdir və eşq bir başqa iş" Şəms Təbriz Divanından
"Eşq haqqın dostluğunu bütün vücudla tələb etməkdir" Əraki
“Ölməz oldu kimsə ki ürəyi eşqlə dirildi”
“ Eşqin elmi kitabdan, dərsdən, məktəbdən öyrənilməz ” Hafız
Selman : "KAMİL İNSAN" : :


