Reklam verin!
Yuma Ailə Jurnalı

YENİLƏN ARTIQ!

   

    Islamın gayəsi “ALLAH əxlaqı ilə əxlaqlanmaq”, “ALLAH boyası ilə boyanmaq”, “ALLAH”ı bilmək, “ALLAH”a çatmaq” dır…


   

    Kimiləri keçmişdəkilərin yaşadığı çağda yaşayırmış kimi köhnələri təkrarlamaqla ömür sürərkən, kimiləri hər yeni sıçrayışı ilə hər an özünü yeniləməkdədir. Yenilənmək, yenilənəbilmək-"İnsan" olduğunu anlaya bilən kişilərin nəsibidir bu! Sonsuz imkanlar içindəki yerini düşünən beyinlər üçün, Qurani Kərîm isimli bilgi qaynağının şifrələrinin günümüzün anlayışı ölçülərində açıqlandığı, yeni bir həyatın açarı...Yenilən artıq!

    Qurani Kərim bəşəriyyət durduqca onlara işıq tutacaq və axirət səadətini bəxş edəcək bilgiləri ehtiva etməkdədir. Quran, insanları əsirlər öncəsi ilkin yaşam tərzinə döndürmə və insanları geriyə dönük yaşam tərzinə sabitləmək üçün nazil olmuş bir kitab deyil! O, insanları gələcəyə hazırlanmağa, insanlara təkamül yollarını göstərməyə, ən mükəmmələ yönlənməyə təşviq etməkdədir...Quran, məhz yeniliklərə təşviq etmək üçün hökmlər gətirmişdir.

    O, zaman və məkandan münəzzeh, bütün zaman və məkanları müşahidə edən bir “QAYNAQ”dan gəlməkdədir. Buna görə də "QURANİ KƏRİM" istər dünya həyatı və istərsə ölümdən sonrakı həyat ilə bağlantısı olan işarət kəlimələri, o kəlimənin keçmişdəki anlamı ilə deyil, yəni 1400 il öncəki birəbir düz mənası ilə deyil, o kəlimənin yaşadığımız zəmanənin ən dərin qavramı etibariylə anlaşılmalıdır. 

    Yenilən artıq!

Selman : YENİLƏN ARTIQ! : Şərhlər(0) :

Baxış sayı: 51
Açar sözlər:
Bookmark and Share

ALLAHA GEDƏN YOLLAR NƏFSLƏR QƏDƏRDİR

 

    “Məna aləmində olan şeylər yalnız insanın daxilində olanlar vasitəsi ilə (RUH) tanınaraq dərk edilir.” (Hz.İmam Rza)    

    Bizi əhatə edən və düşündürən hər şey bizim içimizdə olanlar vasitəsi ilə həqiqətini tapır və inkişaf edir. Bunun üçün Ruhlara "HƏQİQƏT" hakim olmalıdır. (Insanın “həqiqət”indən şüurunda açığa çıxanlar) “Ruh” kəliməsinin çox önəmli bir anlamıda “Məna”dır. (Aləmi Ərvah-ruhlar və gözəllik aləmi.) Şübhəsiz ki, sözlərin ən gözəli onların doğru olanıdır və sözlərin doğru olanı onların faydalı olanıdır. Söz danışan şəxsin ruhi təcəllisidir. Bu ruha həmin həqiqət hakimdirsə, söylənilənlər nə gözəl.    


    Həqiqətən, nəyin doğru və nəyin yalnış olduğunu bilmək üçün  an azı o şeyə qarşı özündə qapı açmalısan. Yoxsa onu özündən itələməklə (özünə şübhə) heç bir şeyə nail olmaq mümkün deyil. Bu bir zülmətdir.        

    Bəli, Həqiqətlər insandan zahir olur.      

    Bir halda ki, “Özünü (nəfsini) bilən ALLAHI bilər” uzaqlara getməyin lüzumu yoxdur. Yaxın sən özünsən, “Yaxın” sənin özündədir. “Ağıllı qərib olan yerdə yaxını tapandır.” (Hz.Ali) İnsanın özünü bilməsi ancaq özünə qayıdış və barış, özü ilə səmimiyyət və irtibat, özü ilə özündə axtarışla (seyr) mümkündür. “O”nu tapan nəyi itirmişdir, “O”nu itirən nəyi tapmışdır? (Hz.Ali) “Allaha gedən yol nəfslər qədərdir sözü insanların çöldən deyil özlərindən həqiqətə yönəliş və çatma yolunun açıq olduğuna işarət edər.            

    “Sənin varlığında qüdrətini sənə göstərən birinin gizli olduğunu necə  söyləyirsən?” (Hz. İmam Cafəri Sadiq. Üsuli Kafi-səh.124)   

    “Səndən sənə aşkar olan O Qüdrəti ("O"nu) görmürsənmi?        

    Mən taşrada arar idim,        

     Ol can içrə canan imiş.

Selman : YENİLƏN ARTIQ! : Şərhlər(1) :

Baxış sayı: 50
Açar sözlər:
Bookmark and Share

NƏCASƏTDƏN TƏHARƏT

 

    Çağdaş dövrünün imkanlarına sahib beyinlərin Qurani Kərimi anlaya bilməsi üçün 2 anlayış yolu mövcuddur.

    Birinci anlayış, “B” hərfinin işarət ettiyi anlam etibarı ilə iman etmiş və bu anlam ilə dəyərləndirməyi bacaranların anlayışdır.   

    İkinci anlayış isə  “içindəki olanlar” vasitəsiylə dərk edib bilənlərin anlayışıdır. (içsəl algılama yollu)    

    İslam dinini qəbul etmiş hər insan bu iki anlayışdan birindədir, ya da hələ “yuxu”dadır.


    1-ci üsul:

   -Quranı Kərimi anlaya bilmək üçün əvvəl “TAHİR” olmaq, yəni təmizlənmək lazımdır.

  Çünki “TƏMİZLƏNMƏYƏNLƏR TOXUNA BILMƏZ” (Vaqiə:75-79) deyilir. “TAHİR”in ziddi olan “NƏCİS”in, yəni nəcasətin-pis, kirli olma halının bir başqa mənası ilə nə olduğunu baxın necə tərif edir həmin kitab!    

    “Qətiyyətlə nəcis olanlar müşriklərdir.” (Allaha şərik qoşanlardır) (9/28)      Yəni nəcis olma halını meydana gətirən “ŞİRK” düşüncəsidir.

    Bu iki ayə bir tamamlama ilə bunu ifadə edir ki, bu da

    “Şirk düşüncəsi ilə kirlənən müşriklər, yəni ALLAHIN VƏHDANİYYƏTİNİ, ƏHƏDİYYƏTİNİ ANLAMAYANLAR bu pis düşüncədən TAM TƏMİZLƏNMƏDƏN müqəddəs kitabı anlaya bilməzlər”.  

    2-ci üsul:

    -"Arotiv" deyilən içsəl alqılama yollu anlayış...Bunu yaşayanlar var.

Selman : "TOVHİD" : Şərhlər(0) :

Baxış sayı: 48
Açar sözlər: tovhid pak tahir şirk 
Bookmark and Share

EŞQ

    İnsanlarda eşqin ən çox yayılmış forması məcazi və maddi anlamda iki insanın arasındakı sevgi olmuşdur. Fəqət bu eşq  mütləq bir eşq deyildir. Bu nöqteyi nəzərdən yola çıxaraq bəzi insanlar mütləq eşqi, ölməz eşqi axtarmağa başladılar. Yəni hər zaman yeniliyini qoruyan, istiliyi və gözəlliyi tükənməyən enerji, ilham və ümüd qaynağı olan eşqi.


    Eşq varlığın cövhəridir. Eşq, könül vermək deməkdir (fertolhobb).

    Hər eşq yolculuğunun son durağı, aşiq üçün sevdiyinə qovuşmaqdır (inna lillah və inna ileyhə raciun).

    Fani dünyadaki eşqlər insanda olan beş duyğunun vasitəsiylə yaranmışdır. Amma ariflər, yolçular, maddənin o bir tərəfində bir şey axtaranlar, fani olmayan, əksilməyən bir irtibat ardında olanlar bir əsrarəngiz aləmə varmışlar. Bu aləmə vardıqdan sonra gerçək eşq nədir, məşuq nədir suallarının cavablarını tapmışlar. Bir şeyi deyil hər şeyi sevməyə başlamışlar, eşqi bir yerdə deyil bütün zaman və məkanlarda tapmışlar. Təbii, insan da bu sevgiyə daxil olmuş, öz zatları və ruhları da o aləmdə seyr ettiyi üçün özlərinə də aşiq olmuşlar (ənəl hak).

    Həllaci Mənsura sordular “eşq nədir?”

    “Bu gün görərsən, yarın görərsən, o biri gün görərsən” dedi.       

    O gün öldürdülər, o biri gün yandırdılar və üçüncü gün rüzgara sovurdular.                                                                                              

(Övliyalar haqqında - Nişaburlu Attar)     

     Eşq imanın cövhəridir. Hansı cərəyana bağlı olunursa olunsun eşq yoxsa cəsarət də yoxdur. Cəsarət olmazsa hərəkət də yoxdur, hərəkət olmazsa insan nəyə bənzər ki? Daş olur, daş!

    “Eşqdən adəm yarandı bigüman, eşq ilə adəmdə oldu hak nihan

    Və eşq özü üç hərfli əsrarmış sığmayan bir hərfə, min ənvar imiş."                                                                                                        

101 Nəfəs    

   

    Eşqi yaşadıqca, onda yavaş-yavaş qərq olma olayı məşuqun sirlərının çox olmasından qaynaqlanır. Mənəvi aşiqlər isə uzun yolun yolçularıdır. Bu yol çox uzun və sonu görünməzdir. Səbəbi məşuqun  böyüklüyündən və sirlərındən irəli gəlir. Bu yolda eşqin işarətləri və quralları vardır, məntiqi vardır. Eşqin quralları maddi dünya qurallarından fərqlidir. Belə ki, heç gözləmədiyin bir anda məşuq aşiqi, özündə əritmək və “O” olmaq üçün çağıra bilər. Çünki o da aşiqinə aşiqdir. Fani dünyada əbədi olması mümkün olmayan eşq irtibatı, bu mənəvi dünyada əbədidir.

    “Hər bir elm məktəbdə örgənilir bir başqa işdir və eşq bir başqa iş"                                                   Şəms Təbriz Divanından

    "Eşq haqqın dostluğunu bütün vücudla tələb etməkdir"                                                               Əraki 

    “Ölməz oldu kimsə ki ürəyi eşqlə dirildi”

    “ Eşqin elmi kitabdan, dərsdən, məktəbdən öyrənilməz ”                                                                           Hafız

Selman : "KAMİL İNSAN" : :

Baxış sayı: 63
Açar sözlər:
Bookmark and Share

İnsan vücudunda olan mənləri “ALLAH” ilə dəyişmək

   

    İnsan yalançı məbudları kənara qoymalıdır. İlah dedikdə insanın qəlbini ovsunlayan hər bir şey nəzərdə tutulur. İnsanın qəlbini ovlayan hər bir şey o şəxsin məbudu sayılır. Səni azadlıqdan məhrum edənin qulusan. Muvəhhid (tovhidçi) “O”ndan başqa heç bir şeyi təsirli bilməz. İttihadda yalnız “O” var. (sən və “O”-ikilik olmasa ittihaddır)


    Gerçəkləri görmənə və dəyərləndirə bilmənə əngəl ola biləcək, qəlbini ovsunlayıb səni özünə əsir edəcək bütün bağlantılardan təmizlənmək lazımdır. Bütün bunlar səni ikiliyə düşməyinə səbəb olacaq şeylərdir. Insan öz iradəsini “O”nun iradəsində fani və təslim etdikdə (özündən heç bir şey istəməmək, “O”ndan başqa heç bir şey istəməmək) “Qurbu nəvafil” hədisində qeyd olunan təbirlərə əsasən rububiyyətdən ibarət olan ubudiyyətin zatına nail olur. Tövhid insanlıq əlamətlərinin məhvidir. “Ölmədən qabaq ölmək” demək, ruh bədəndən ayrılmadan öncə mənliyimizin olmadığını idrak surəti ilə “həyat dəyişdirmək” deməkdir. Nəfsini (Öz), yəni həqiqətini bilmək üçün bu şərtdir.

    “LA” qılıncı ilə Allahdan başqa hər şeyi kəs at (yəni “İLAH”ları) ”İLLA”dan sonra zatı ilə sadəcə ALLAH qalır. Mövlanə Cəlaləddin Rumi 

    Əgər həqiqətdə sən, sən deyilsənsə, bəs...? Nə kimliyin qaldı, nə mənliyin. Heç kim!    

    Bəs Həqiqət olan nədir? Qurani Əzimuşşanda əlbət bu suala cavab vardır:    “ƏVVƏI VƏ AXİR, ZAHİR VƏ BATİN “O”DUR” Bəli, bunların hamısı “O”dur. Sənə görə çoxluq qavramı olan hər şey “O” dediyin varlıqdır, yəni “HU”. Gerçəkdə "TƏK", əvvəli və axırı olmayan, Özü “ƏVVƏL AXİR” olan, hüdudsuz (VAHİDÜL ƏHƏD) “O” var. Bunlar əslində tək bir şeydir, yəni əvvəl və axir, zahir və batin deyə iki ayrı şey yoxdur. Bu kəlimələrlə işarət etdiyin şey yalnız “O”dur. Əvvəl və axir, zahir və batin bizə görə verilmiş qavramlar və izahatlardır, çünki sən “TƏK”i bölürsən deyənə bunlar çıxır ortaya.VAHİDUL ƏHƏDİN varlığını fərq etmək üçün bil ki, ikilik səndən-sənin öz varlıq zənnindən doğur. Əslində isə LA MÖVCUDƏ İLLƏ HU. Sən “O”na istərsən Zahir de, istər Batin, istər Əvvəl de, istər Axir, dediyin, işarət etdiyin ancaq “O”dur. Bəli, mərkəzi, içi, çölü, əvvəli, axiri, zahiri və batini olmayan, bu kimi qavramlardan münəzzeh olan Varlığın bir sərhədə qədər son bulub, həmin sərhəddən sonra ikinci bir varlığın başlanmasından söz edilə bilməz.    

    Beləliklə; 

    “QUL HUVƏLLAHU ƏHƏD”   

    Allahın öz varlığı yanında ikinci bir varlıqdan söz edilə bilməz.   

    “ALLAHU SAMƏD”

   “O”nun varlığından meydana gəlmiş ikinci bir varlıqdan söz edilə bilməz.     

 “YERLƏRİ, GÖYLƏRİ VƏ İKİSİ ARASINDAKILARI HAQ OLARAQ MEYDANA GƏTİRDİK”    

    Yerlər, göylər və ikisi arasındakı hər şey “HAQ”qın xaricində bir şey deyildir. Meydan da haqdır, meydana gələndə...

Selman : "TOVHİD" : Şərhlər(0) :

Baxış sayı: 85
Açar sözlər: tövhid allah la-ilahə-illəllah 
Bookmark and Share

LA İLAHƏ İLLƏLLAH

    

    Bu kəlamın əsas məğzi o böyük büt ətrafındadır ki, o da sənin qəlbində gizlənmişdir.


    “Yalnız “O” var idi və onunla bərabər heç bir şey yox idi. O an bu an.” (Hz.Ali)   

    “DE Kİ, ALLAH ƏHƏDDİR” Allah “ƏHƏD”dir- əvvəli və axırı olmayan, Özü “ƏVVƏL” “AXİR” olan hüdudsuz, cüzlərə ayrılmazdır. Bu halda da ancaq özü mövcuddur. Deməli “VAHİDÜL ƏHƏD”dir. Bu ayədən sonra Əhəd olan Allahın xaricində hər hansı bir varlığın mövcudiyyətini irəli sürmək öncə ağıl və məntiqə, sonra da imana sığmaz. Allahdan ayrı-Allahın xaricində varlıqlar qəbul etmək, bu varlıqlar ilə Allah arasında bir sinirin olmasını, yəni bu aləmdə varlıqların, bu aləmin xaricində isə məkanı olan-Allah adında bir ilahın mövcudluğunu iddia etməkdir ki, bu da “ŞİRK”dir. ALLAH ƏHƏD olduğuna görə bir mərkəzinin olmasından belə söz edilə bilməz. Bir şeyin mərkəzinin olması üçün gərək həmin şeyin siniri olsun, lakin Allahın siniri yoxdur. Siniri olmayan şeyin də mərkəzi olmaz.Qayə “O”nun varlığı xaricində var bildiyinin gerçəkdə heç bir zaman var olmadığını elm yolu ilə qavramaq və bu yəqinliklə yaşamaqdır. Yoxsa ki, “O”nun xaricində ikinci bir varlıq yoxdur ki, ikinci varlıq yox edilsin.

Selman : "TOVHİD" : Şərhlər(0) :

Baxış sayı: 59
Açar sözlər:
Bookmark and Share

ƏN-ƏL HƏQ

   

    Təriqət əhlinin zahiri islama uymayan, lakin islama müxalif olmayan bir yönü vardır.   

    Bu yönlərdən biri məşhur "ƏN-ƏL HƏQ" kəliməsidir. Bu cür şəxslərin islam dininə bağlı olduqları diqqət altına alınarsa, onlardan sadir olan bu sözün təvili yoluna girmək lazım gəlir. Fəqət onlardan sadir olan sözün təvili mümkün və caizdir.    

   


    Daima zikr edən elə bir hala çatır ki, soruşsalar; "adın nədir?" o kimsə zikr etdiyi məbudun adını deyər. Belə bir hal Mənsur Bağdadiyə (Mənsuri Həllac) vaqi olmuşdur. Mənsur zamanında "Lə ilahə il-ləllah" deməyi o qədər çoxaltmışdı ki, bu zikrlər qəlbinə vardı və qəlbdən ruha yetişdi. Orada "əsəri-üns" hasil olub, qəlbində muhabbətullah vücuda gəldi. Öz adını və masivanı unutdu. Zikrullah ilə eşqə düşdü. Eşq aləmi, sərxoşluq aləmidir. Mənsurun eşq aləmində bəşər varlığı "yox" oldu. “Sən kimsən?” sual etdilər;Cavabən: "Ənəl Həq" dedi. (qeyd etməliyik ki, “Həqq” Allahın 99 gözəl adlarından biridir.) Öz bəşəriyyət aləminə qayıdandan sonra, ona dedilər ki, "sən, mən Həqqəm" dedin. Mənsur isə: "bilmirəm" deyə cavab verdi və həqiqətəndə bilə bilməzdi. Ona tövbə etməsini tövsiyə etdilər, oda tövbə etdi…Tutdular aşiqi öldürdülər.   

    Mənsur Allaha (c.c) məhəbbətdən cəzbə halında olarkən gördüklərini, zahiri şəriətə uymayan kəlimələrlə söylədiyindən miladi 919-cu ildə Bağdadda malikilər tərəfindən “əl bəqərə” surəsinin 217-ci ayəsinə istinad edilərək qətlə yetirildi. Qətlinə görə verilən hökmü 84 alim imzalamışdi.    

    Bir kimsə Allah Subhanə Təalanın zikrini çox etdiyi zaman zikr nuru o kimsəyə qələbə çalar, o kimsənin bəşəriliyi ortadan qalxar. O zaman o kimsədən "adın nədir" soruşsalar, zikr etdiyi şeyi deyər.   

    Belə bir hal Bəyazid Bistamidə də vaqi olmuşdur. O zaman Bəyazidə sordular və dedilər ki; "nə üçün belə-belə dedin?"Bəyazid Bistami:"O zaman nə üçün mənim üzərimdə şəriət hökmü icra etmədiniz?" deyə buyurmuşdu. Bu hal ikinci səfər Bəyazidin başına gəldiyində, müridlər dərhal şəriətin hökmünü icra üçün əllərinə silahlarını və sairələrini aldılar. Kimi xəncərlə, kimi qılıncla Bəyazidə vurdular. Heç birinin nə xəncəri nə qılıncı işləmədi və kəsmədi. Bəyazid Bistami bəşər aləminə qayıtdıqda olan hadisəni ona olduğu kimi anlatdılar. Bistami soruşdu: -"Siz nə etdiniz?"Cavab verdiler:"Silahlarla üzrinizə hücum etdik. Silahların isə heç biri üzəinizdə əsər buraxmadı." Sonra isə Bəyazidin vücudunu açdılar və baxdılar ki, həqiqətən heç bir əsər yoxdur. Bəyazid Bistami buyurdu ki:-"Mənə bir iynə verin"Gətirdilər. O, iynəni aldı və gövdəsinə sancdı, dərhal həmin yerdən qan çıxdı. O zaman müridlərinə dedi ki:-"Baxın, Bəyazid bu kimsədir ki, bir iynənin iztirabına təhəmmül edə bilmez. Sizin xəncərlə, qılıncla vurduğunuz Bəyazid bu Bəyazid deyildi."    

    Haq Təala bir talibin könlünə nəzər etdiyində, o könlü öz mərifətinə məhəl qılar. dilini də onun tərcümanı qılar. O talibə mərifət nəsib olar. Mərifətullahdan təhsil etdi isə, dil ilə soyləyici olur. Zira hz.Musaya:

    "Mən aləmlərin Rəbbi olan Allahu Təalayam" (Əl-qəsəs 30) xitabı bir ağacdan gəldi. Əgər adi bir ağacdan bu mənanın gəlməsi caizdirsə, insandan niyə caiz olmasın?! Nə üçün ilahi təcəlla ağacda mümkün olsun,  lakin bütün yaradılmışın ən kamili və fəzilətlisi olan insanda mümkün olmasın? Onlar da o ağacın timsalında idi... Ağacdan

                        اني انا الله  

(«Həqiqətən,  mən Allaham») zahir olmuşdur, onlardan isə «ənəlhəq» Əgər ağacı kəsmək rəva görülmürsə, bəs nə üçün onların qınanlması rəva görülsün?   

    Bəli, “Ən-əl Həq” böyük bir təvazökarlıqdır. Çünki  “Mən qulam”  deyən iki varlığı isbat edər: bir özünü, bir də Tanrını isbata qalxar. Amma “Mən Həqqəm”, - deyən özünü yox etmişdir...Bundan daha artıq təvazökarlıq varmıdır? Amma xalq  anlamaz»    

    Mənsur Həllac və İmadəddin Nəsimi bu açıqlanan səbəblər müvacəhəsində "Ən-əl Həq" demişlərdir. Yoxsa ki, özlərinin haşa Allah olduğunu söyləməmişlər. 

     Firon «ənəlhəq» dedi, alçaldı,    

     Mənsur «ənəlhəq» dedi və xilas oldu.    

    Söyləyən Allah (c.c) idi. Necə ki, bir hədisi qüdsidə Allah Subhanəhu və Təala buyurmuşdur:"...Qulum mənə elə bir şəkildə yaxınlaşar ki, Mən onun görən gözləri, eşidən qulaqları, danışan dili,...olaram. "Bu sahədə bir çox talib səhv etmişdir. (qürbü nəvafil açıqlamaları)    

    Əgər Seyid “ən-əl Həq”  dedi, haqlı idi,    

    Çünki   “ən-əl Həq”  deyən “O”dur, anla.    

    Bu hallar özlərinə müşkül gəldikləri üçün bəzi fasid fikir izində olanlar Mənsur kimiləri təfkir etmişlər. Zikrullahın elə sözləri və xəbərləri vardir ki, ağıl onu idrak edə bilməz, dil onu tərifdən acizdir.  "Məni zikr edin ki, Mən də sizi zikr edim." (Hz.Hak)

    Hüseyn bin Həllac, Fəzlullah Nəimi və İmadəddin Nəsimi, ölənə qədər öz iddialarından əl çəkməmiş və öldürülmə tərzləri ilə islami ədəbiyyatda və irfanda eşqin, təhəmmülün simvolu kimi yaşamışlar. Mənsur, mənsurdar, sirr, sirri ifşa, həllac kimi haqqında məzmunlar soylənmişdir. Bu iki haqq aşiqinin məqsədi mənəmlik (ənəniyyət) və ya özünü təsdiq olmamışdır. Əslində onlar haqq qarşısında məsəvallahın və özlərinin varlığına iddiaçı deyildilər və özlərini Tanrı da saymırdılar. Onlardan sadir olan söz;                

   كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ   

   «Kulli şeyin haləkə illə vəchəhu» Allahdan başqa hər şey məhvə məhkumdur. («Qisəs», 88) ayəsinin təsdiqi olmuşdur.

    “Ən-əl Həq” Mənsurun dilində nur olur,

    “Ən-əllah” Fironun dilində yalan olur.

Selman : "KAMİL İNSAN" : Şərhlər(0) :

Baxış sayı: 93
Açar sözlər: insan yalançı məbudları kənara qoymalıdır 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha