ƏN-ƏL HƏQ

![]()
Təriqət əhlinin zahiri islama uymayan, lakin islama müxalif olmayan bir yönü vardır.
Bu yönlərdən biri məşhur "ƏN-ƏL HƏQ" kəliməsidir. Bu cür şəxslərin islam dininə bağlı olduqları diqqət altına alınarsa, onlardan sadir olan bu sözün təvili yoluna girmək lazım gəlir. Fəqət onlardan sadir olan sözün təvili mümkün və caizdir.
![]()
Daima zikr edən elə bir hala çatır ki, soruşsalar; "adın nədir?" o kimsə zikr etdiyi məbudun adını deyər. Belə bir hal Mənsur Bağdadiyə (Mənsuri Həllac) vaqi olmuşdur. Mənsur zamanında "Lə ilahə il-ləllah" deməyi o qədər çoxaltmışdı ki, bu zikrlər qəlbinə vardı və qəlbdən ruha yetişdi. Orada "əsəri-üns" hasil olub, qəlbində muhabbətullah vücuda gəldi. Öz adını və masivanı unutdu. Zikrullah ilə eşqə düşdü. Eşq aləmi, sərxoşluq aləmidir. Mənsurun eşq aləmində bəşər varlığı "yox" oldu. “Sən kimsən?” sual etdilər;Cavabən: "Ənəl Həq" dedi. (qeyd etməliyik ki, “Həqq” Allahın 99 gözəl adlarından biridir.) Öz bəşəriyyət aləminə qayıdandan sonra, ona dedilər ki, "sən, mən Həqqəm" dedin. Mənsur isə: "bilmirəm" deyə cavab verdi və həqiqətəndə bilə bilməzdi. Ona tövbə etməsini tövsiyə etdilər, oda tövbə etdi…Tutdular aşiqi öldürdülər.
Mənsur Allaha (c.c) məhəbbətdən cəzbə halında olarkən gördüklərini, zahiri şəriətə uymayan kəlimələrlə söylədiyindən miladi 919-cu ildə Bağdadda malikilər tərəfindən “əl bəqərə” surəsinin 217-ci ayəsinə istinad edilərək qətlə yetirildi. Qətlinə görə verilən hökmü 84 alim imzalamışdi.
Bir kimsə Allah Subhanə Təalanın zikrini çox etdiyi zaman zikr nuru o kimsəyə qələbə çalar, o kimsənin bəşəriliyi ortadan qalxar. O zaman o kimsədən "adın nədir" soruşsalar, zikr etdiyi şeyi deyər.
Belə bir hal Bəyazid Bistamidə də vaqi olmuşdur. O zaman Bəyazidə sordular və dedilər ki; "nə üçün belə-belə dedin?"Bəyazid Bistami:"O zaman nə üçün mənim üzərimdə şəriət hökmü icra etmədiniz?" deyə buyurmuşdu. Bu hal ikinci səfər Bəyazidin başına gəldiyində, müridlər dərhal şəriətin hökmünü icra üçün əllərinə silahlarını və sairələrini aldılar. Kimi xəncərlə, kimi qılıncla Bəyazidə vurdular. Heç birinin nə xəncəri nə qılıncı işləmədi və kəsmədi. Bəyazid Bistami bəşər aləminə qayıtdıqda olan hadisəni ona olduğu kimi anlatdılar. Bistami soruşdu: -"Siz nə etdiniz?"Cavab verdiler:"Silahlarla üzrinizə hücum etdik. Silahların isə heç biri üzəinizdə əsər buraxmadı." Sonra isə Bəyazidin vücudunu açdılar və baxdılar ki, həqiqətən heç bir əsər yoxdur. Bəyazid Bistami buyurdu ki:-"Mənə bir iynə verin"Gətirdilər. O, iynəni aldı və gövdəsinə sancdı, dərhal həmin yerdən qan çıxdı. O zaman müridlərinə dedi ki:-"Baxın, Bəyazid bu kimsədir ki, bir iynənin iztirabına təhəmmül edə bilmez. Sizin xəncərlə, qılıncla vurduğunuz Bəyazid bu Bəyazid deyildi."
Haq Təala bir talibin könlünə nəzər etdiyində, o könlü öz mərifətinə məhəl qılar. dilini də onun tərcümanı qılar. O talibə mərifət nəsib olar. Mərifətullahdan təhsil etdi isə, dil ilə soyləyici olur. Zira hz.Musaya:
"Mən aləmlərin Rəbbi olan Allahu Təalayam" (Əl-qəsəs 30) xitabı bir ağacdan gəldi. Əgər adi bir ağacdan bu mənanın gəlməsi caizdirsə, insandan niyə caiz olmasın?! Nə üçün ilahi təcəlla ağacda mümkün olsun, lakin bütün yaradılmışın ən kamili və fəzilətlisi olan insanda mümkün olmasın? Onlar da o ağacın timsalında idi... Ağacdan
اني انا الله
(«Həqiqətən, mən Allaham») zahir olmuşdur, onlardan isə «ənəlhəq» Əgər ağacı kəsmək rəva görülmürsə, bəs nə üçün onların qınanlması rəva görülsün?
Bəli, “Ən-əl Həq” böyük bir təvazökarlıqdır. Çünki “Mən qulam” deyən iki varlığı isbat edər: bir özünü, bir də Tanrını isbata qalxar. Amma “Mən Həqqəm”, - deyən özünü yox etmişdir...Bundan daha artıq təvazökarlıq varmıdır? Amma xalq anlamaz»
Mənsur Həllac və İmadəddin Nəsimi bu açıqlanan səbəblər müvacəhəsində "Ən-əl Həq" demişlərdir. Yoxsa ki, özlərinin haşa Allah olduğunu söyləməmişlər.
Firon «ənəlhəq» dedi, alçaldı,
Mənsur «ənəlhəq» dedi və xilas oldu.
Söyləyən Allah (c.c) idi. Necə ki, bir hədisi qüdsidə Allah Subhanəhu və Təala buyurmuşdur:"...Qulum mənə elə bir şəkildə yaxınlaşar ki, Mən onun görən gözləri, eşidən qulaqları, danışan dili,...olaram. "Bu sahədə bir çox talib səhv etmişdir. (qürbü nəvafil açıqlamaları)
Əgər Seyid “ən-əl Həq” dedi, haqlı idi,
Çünki “ən-əl Həq” deyən “O”dur, anla.
Bu hallar özlərinə müşkül gəldikləri üçün bəzi fasid fikir izində olanlar Mənsur kimiləri təfkir etmişlər. Zikrullahın elə sözləri və xəbərləri vardir ki, ağıl onu idrak edə bilməz, dil onu tərifdən acizdir. "Məni zikr edin ki, Mən də sizi zikr edim." (Hz.Hak)
Hüseyn bin Həllac, Fəzlullah Nəimi və İmadəddin Nəsimi, ölənə qədər öz iddialarından əl çəkməmiş və öldürülmə tərzləri ilə islami ədəbiyyatda və irfanda eşqin, təhəmmülün simvolu kimi yaşamışlar. Mənsur, mənsurdar, sirr, sirri ifşa, həllac kimi haqqında məzmunlar soylənmişdir. Bu iki haqq aşiqinin məqsədi mənəmlik (ənəniyyət) və ya özünü təsdiq olmamışdır. Əslində onlar haqq qarşısında məsəvallahın və özlərinin varlığına iddiaçı deyildilər və özlərini Tanrı da saymırdılar. Onlardan sadir olan söz;
كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ
«Kulli şeyin haləkə illə vəchəhu» Allahdan başqa hər şey məhvə məhkumdur. («Qisəs», 88) ayəsinin təsdiqi olmuşdur.
“Ən-əl Həq” Mənsurun dilində nur olur,
“Ən-əllah” Fironun dilində yalan olur.
Selman : "KAMİL İNSAN" : Şərhlər(0) :
Baxış sayı: 92
Açar sözlər: insan yalançı məbudları kənara qoymalıdır
![]()
![]()
![]()


